satellite   Azerspace-1: 11135 H 30000

Baş nazir Əli Əsədov Gürcüstanda səfərdədir

Baş nazir Əli Əsədov Gürcüstanda səfərdədir

Baş nazir Əli Əsədov Azərbaycan-Gürcüstan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 11-ci iclasında iştirak etmək üçün oktyabrın 29-da Gürcüstana gəlib.

NTV xəbər verir ki, oktyabrın 30-da Siqnaxidə Əli Əsədov və İrakli Kobaxidzenin həmsədrliyi ilə Azərbaycan-Gürcüstan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək.

Komissiyanın iclasında iki ölkə arasında iqtisadi, ticari, nəqliyyat, energetika, loqistika, eləcə də mədəni və humanitar sahələrə dair məsələlərin müzakirəsi nəzərdə tutulub. İclasın sonunda yekun sənəd imzalanacaq. Həmçinin, Baş nazirlərin təkbətək görüş nəzərdə tutulub.

Azərbaycan Hökumətinin başçısı Tbilisidə bəzi sosial obyektlərin açılışında da iştirak edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM