satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda qeyri-neft-qaz sektoru üzrə büdcə daxilolmaları 10 %-ə yaxın artıb

Azərbaycanda qeyri-neft-qaz sektoru üzrə büdcə daxilolmaları 10 %-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin qeyri-neft-qaz sektoru üzrə daxilolmaları 16 milyard 381,3 milyon manat olub ki, bu da proqnozdan 1 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 9,3 % çoxdur.

Bu barədə NTV  Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Hesabat dövründə büdcə daxilolmalarında qeyri-neft-qaz sektorunun payı 55,9 % olub.

9 ayda dövlət büdcəsinin gəlirlərində qeyri-neft-qaz sektoru üzrə daxilolmaların 63 %-ni və ya 1 0327,9 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 30,4 %-ni və ya 4973,3 milyon manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 3,3 %-ni və ya 543,2 milyon manatını dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar, 3 %-ni və ya 493,7 milyon manatını sair daxilolmalar, 0,3 %-ni və ya 43,2 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmaları təşkil edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşıb

10:26 29.10.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM