Biz şadıq ki, bu dəfə Bakıda keçiriləcək beynəlxalq tədbirdə dövlət xidmətləri və idarəçiliyi sahəsində aparılan islahatlar müzakirə olunacaq. Bildiyiniz kimi, BMT "ASAN xidmət"i 4 qitəyə təbliğ edib və bununla bağlı 2024-cü ildə Azərbaycan hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında töhfə sazişi imzalanıb. Bu istiqamətdə Afrika qitəsində, eləcə də Amerika qitəsində müxtəlif tədbirlər təşkil olunub.
NTV xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmmədəli Xudaverdiyev “ASAN xidmət” və BMT-nin Bakıda keçiriləcək birgə beynəlxalq sammiti ilə bağlı keçirilən brifinqdə deyib.
O bildirib ki, "ASAN xidmət"in təcrübəsi məhz sammitdə müzakirə olunacaq əsas məsələlərdən biridir: “Sammit çərçivəsində, həmçinin BMT-yə üzv dövlətlərin 70-dən çox nümayəndəsinin, 200-ə yaxın ölkənin 200-ə yaxın nümayəndəsi iştirak edəcək. Sammitdə iştirak edən dövlətlər "ASAN xidmət" təcrübəsi ilə yerində tanış olmaq imkanı əldə edəcək”.
“Xatırladım ki, "ASAN" 2015-ci ildə BMT-nin dövlət xidmətləri mükafatına və 2029-cu ildə BMT-nin xüsusi mükafatına layiq görülüb. BMT tərəfindən bu mötəbər tədbirin Azərbaycanda keçirilməsi "ASAN xidmət"in beynəlxalq sahədə təşviqinə verilən mühüm dəyərin göstəricisidir".
