Liviyanın şərqinə nəzarət edən hökumət dünən İran və Əfqanıstan vətəndaşlarının bütün quru, dəniz və hava sərhəd-keçid məntəqələrindən ölkəyə girişini qadağan edib.
NTV “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu addım Liviyanın şərqindəki administrasiyanın iyun ayında dörd Afrika ölkəsinin vətəndaşlarına qarşı tətbiq etdiyi giriş məhdudiyyətlərinin genişləndirilməsi deməkdir.
Hökumət qərarın səbəblərini açıqlamayıb.
