satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə Cümhuriyyət Günü qeyd olunur

Türkiyədə Cümhuriyyət Günü qeyd olunur

Türkiyə əsas milli bayramı olan Cümhuriyyət Gününü qeyd edir.

NTV  xəbər verir ki, Türkiyə Cümhuriyyəti 1923-cü il oktyabrın 29-da (yerli vaxtla saat 20:30 – red.) Ankarada keçirilən parlament iclasında elan edilib. Birinci çağırış Böyük Millət Məclisinin (parlament) 158 üzvünün hamısı qanun layihəsinin lehinə səs verib.

Elə həmin gün ilk prezident seçkiləri keçirilib. Mustafa Kamal Atatürk yekdilliklə Cümhuriyyətin lideri seçilib.

Beləliklə, idarəetmə forması məsələsi həll edilib və Türkiyə tarixində yeni bir səhifə açılıb.

Cəmi bir il sonra ilk dəfə Cümhuriyyət Günü qeyd edilib və bu əlamətdar gün 1925-ci ildə rəsmi olaraq “milli bayram” statusu alıb.

Cümhuriyyət Gününü qeyd etmək üçün Türkiyənin 81 vilayətinin hər birində, həmçinin ölkənin xarici nümayəndəliklərində və Şimali Kipr Türk Cümhuriyyətində təntənəli tədbirlər keçirilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumət üzvləri, Baş Qərargah və ölkənin siyasi partiyalarının nümayəndələri ilə birlikdə Ankarada Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün mavzoleyini ziyarət edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşıb

10:26 29.10.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM