satellite   Azerspace-1: 11135 H 30000

Yaponiya Şimali Koreyanın ballistik raket buraxdığını ehtimal edir

Yaponiya Şimali Koreyanın ballistik raket buraxdığını ehtimal edir

Yaponiya və Cənubi Koreya Şimali Koreyanın Yapon dənizi istiqamətində ballistik raketlər buraxdığını ehtimal edirlər.

NTV əbər verir ki, Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, ehtimal olunan raket təxminən 15 dəqiqə uçduqdan sonra ölkənin müstəsna iqtisadi zonasından kənarda dənizə düşüb.

Cənubi Koreya Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsi isə Şimali Koreyanın Yapon dənizi istiqamətində təxminən 10 ədəd qısa mənzilli ballistik raket buraxdığını iddia edib. “Yonhap” agentliyinin məlumatına görə, Seul daha əvvəl ən azı bir naməlum raketin buraxıldığını açıqlamışdı.

Yaponiya Nazirlər Kabinetinin Baş katibi Minoru Kihara hadisə nəticəsində hər hansı zərərin qeydə alınmadığını bildirib. Yaponiya Sahil Mühafizəsi mülki gəmiləri Yapon dənizində aşkar edilə biləcək raket qalıqlarına yaxınlaşmamağa çağırıb.

Hadisə ilə əlaqədar Yaponiya hökuməti aidiyyəti qurumların nümayəndələrindən ibarət böhran qrupu yaradıb.

Qeyd edək ki, Yaponiya hərbçiləri Şimali Koreyanın əvvəlki ehtimal olunan ballistik raket buraxılışını oktyabrın 12-də qeydə alıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşıb

10:26 29.10.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM