satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstan Patriarxlığı beynəlxalq qumar oyunlarının təşkili ilə bağlı qanuna etiraz edir

 Gürcüstan Patriarxlığı beynəlxalq qumar oyunlarının təşkili ilə bağlı qanuna etiraz edir

Gürcüstan Patriarxlığı Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının təşəbbüsü ilə parlamentdə müzakirə olunan “Lotereyalar, qumar və uduşlu oyunların təşkili haqqında” qanuna nəzərdə tutulan dəyişiklikləri tənqid edib.

NTV xəbər verir ki, bu barədə Patriarxlığın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, keşiş Andria Jaqmaidze açıqlama verib.

A.Jaqmalidze deyib ki, Patriarxlıq ölkənin Xalq Müdafiəçisinin mövqeyini dəstəkləyir.

Din xadimi qeyd edib ki, kazinolara beynəlxalq qumar turnirlərinin təşkilinə imkan verəcək qanunvericilik paketi ilə bağlı hələlik Patriarxlıqda geniş müzakirələr aparılmayıb, lakin qurum bu prosesdən kənarda qala bilməz. Onun sözlərinə görə, sənədlə bağlı Patriarxlıqla əvvəlcədən heç bir əlaqə saxlanılmayıb və təşəbbüs onlar üçün gözlənilməz olub.

A.Jaqmaidze xatırladıb ki, Gürcüstan Patriarxlığı 2017-ci ildən bəri qumar oyunları sahəsində tənzimləmələrin aparılmasının əsas təşəbbüskarlarından və iştirakçılarından biri olub.

Xatırladaq ki, Gürcüstan Parlamenti sözügedən qanunvericilik paketini sürətləndirilmiş qaydada müzakirə edərək iki oxunuşda dəstəkləyib. Xalq Müdafiəçisi Aparatı isə parlamentə düzəlişlərin qəbulunu dayandırmaq çağırışı ilə müraciət edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşıb

10:26 29.10.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM