“The Wall Street Journal” qəzetinin məlumatına görə, ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens İranın Ali Təhlükəsizlik Şurasının rəhbəri ilə əlaqə saxlayaraq Amerikanın İrana qarşı yeni hücumunun qarşısını ala biləcək sülh danışıqlarını canlandırmaq istəyib.
NTV xəbər verir ki, qəzetin yazdığına görə, Vens İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Möhsün Rzaeiyə məktub göndərib. Nəşrin mənbələrindən birinin sözlərinə görə, bu addım Prezident Donald Trampın göstərişi ilə atılıb.
“The Wall Street Journal” yazır ki, məktubda ABŞ və İran rəsmiləri arasında sonrakı danışıqlarda sülh təklifinin detallarına deyil, danışıqlar üçün mümkün çərçivəyə diqqət yetirilib. Jurnalistlərə müsahibə verən Tramp bununla bağlı deyib: “Onların tibbi ləvazimatlar və müxtəlif zəruri mallarla bağlı köməyə ehtiyacı var. Vens məndən nə düşündüyümü soruşdu. Mən dedim ki, əgər bunu etmək istəyirsinizsə, problem yoxdur”.
