satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda 9 ayda neft-qaz sektoru üzrə büdcə daxilolmaları təxminən 13 milyard manat olub

Azərbaycanda 9 ayda neft-qaz sektoru üzrə büdcə daxilolmaları təxminən 13 milyard manat olub

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinə neft-qaz sektoru üzrə daxilolmalar 12 milyard 930,5 milyon manat təşkil edib.

Bu barədə NTV Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Bu da proqnozdan 625,5 milyon manat və ya 5,1 % çoxdur.

Bu ilin 9 ayında dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 25,5 %-i və ya 3 302,5 milyon manatı vergi orqanlarının xətti ilə daxilolmaların, 74,5 %-i və ya 9 628 milyon manatı (2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 232,7 milyon manat və ya 11,4 % az) Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşüb.

Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə daxil olmuş neft-qaz gəlirlərinin 39,4 %-i və ya 1 301,6 milyon manatı Azərbaycan Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər, 46,6 %-i və ya 1539,8 milyon manatı "Şahdəniz" qaz-kondensat layihəsi üzrə mənfəət vergisi, 14 %-i və ya 461,1 milyon manatı "Azəri-Çıraq-Günəşli" layihəsi çərçivəsində mənfəət vergisi hesabına olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşıb

10:26 29.10.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM