satellite   Azerspace-1: 11135 H 30000

Trampın BBC-yə qarşı 10 milyard dollarlıq iddiası rədd edilə bilər

Trampın BBC-yə qarşı 10 milyard dollarlıq iddiası rədd edilə bilər

ABŞ Prezidenti Donald Trampın Böyük Britaniyanın BBC yayım korporasiyasına qarşı qaldırdığı 10 milyard dollarlıq (təxminən 7,5 milyard funt sterlinq) böhtan iddiası tələb olunan sənədlər məhkəməyə təqdim edilməyəcəyi təqdirdə rədd edilə bilər.

NTV “The Independent”ə istinadla xəbər verir ki, ABŞ məhkəməsi Trampın vəkillərinə BBC-nin tələb etdiyi sənədləri noyabrın 23-dək təqdim etməyi tapşırıb.

Hakim Enjolique Lett Trampın hüquq komandasının sənədləri toplaması və təqdim etməsi ilə bağlı narahatlığını ifadə edib. Hakim, həmçinin məxfilik və hüquqi imtiyazlar əsasında açıqlanması məhdudlaşdırılan materialların siyahısının noyabrın 5-dək hazırlanmasını tələb edib. Məhkəmənin qərarında bildirilir ki, bu tələblərə əməl olunmaması sanksiyalara, o cümlədən iddianın icraatının davam etdirilməməsi səbəbindən işə xitam verilməsinə gətirib çıxara bilər.

 

Qeyd edək ki, Donald Tramp BBC-nin 2024-cü ildə yayımlanan “Panorama” sənədli filmində 2021-ci il yanvarın 6-da ABŞ Konqresinin Kapitoli binasına hücumla bağlı çıxışının montaj edilərək təhrif olunduğunu iddia edir. ABŞ Prezidenti bununla əlaqədar Florida ştatının məhkəməsində BBC-yə qarşı 10 milyard dollarlıq təzminat tələbi irəli sürüb. BBC isə daha əvvəl Trampın məhkəmə prosesi çərçivəsində tələb olunan sənədləri açıqlamamaqla prosessual qaydaları pozduğunu bildirmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM