Fransada oktyabrın 31-də keçiriləcək nümayişlər zamanı ictimai asayişin qorunması üçün 70 min polis və jandarm səfərbər ediləcək. Bu ölkənin daxili işlər naziri Loran Nünez bildirib ki, qarşıdakı şənbə günü şəhər iğtişaşları riski, xüsusilə axşam saatlarından gecə yarısınadək çox yüksəkdir.
NTV xəbər verir ki, nazirin prefektlərə göndərdiyi məktuba görə, sosial etirazlarla yanaşı, Hellouin bayramı ilə əlaqədar şəhər mərkəzlərində və ictimai meydanlarda, xüsusən də sosial şəbəkələrdə toplaşmaq çağırışları artıb. Hüquq-mühafizə orqanları nəzarətsiz yürüşlərdən, zorakılıq hallarından və dövlət binalarına hücumlardan ehtiyat edirlər.
Loran Nünez prefektlərdən oktyabrın 24-də olduğu kimi, dövlət xidmətlərini tam səfərbər etməyi və güclü, çevik təhlükəsizlik tədbirləri görməyi tələb edib. O, hüquq-mühafizə qüvvələrinin son dərəcə qətiyyətli davranacağını vurğulayıb.
