Yevlaxda avtobus aşıb, 10-a yaxın sərnişin xəsarət alıb

Yevlaxda avtobus aşıb, 10-a yaxın sərnişin xəsarət alıb

Yevlax rayonunda sərnişin avtobusu aşıb, xəsarət alanlar var. 

TƏBİB-dən Naxçıvan televiziyası-a bildirilib ki, qəza zamanı xəsarət alanlara ilkin tibbi xidmət göstərilib.

Qeyd olunub ki, aprelin 16-da saat 06:00 radələrində yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 8 nəfər (5 qadın, 3 kişi) Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 

Hər bir şəxsə ilkin tibbi yardım göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM