satellite   Azerspace-1: 11135 H 30000

"İstisu" mineral su zavoduna yeni direktor təyin edilib

"İstisu" mineral su zavoduna yeni direktor təyin edilib

Kəlbəcərdə mineral sular istehsalçısı olan "İstisu" mineral su zavoduna yeni direktor təyin edilib.

NTV-nin  məlumatına görə, Fariz Aydın oğlu Sadıxov direktor təyin edilib.

Buna qədər zavoda Adil Fəxrəddin oğlu Haqverdiyev rəhbərlik edirdi.

Qeyd edək ki, "İstisu" müalicəvi sağlamlıq zonası 1928-ci ildə fəaliyyətə başlayıb.

1951-ci ildə buradakı suyun xüsusiyyətlərinin araşdırılması məqsədilə professor Mirəli Qaşqayın rəhbərliyi altında Azərbaycan SSR Səhiyyə Nazirliyi və Azərbaycan SSR Elmlər Akademiyasının tədqiqatçıları tərəfindən birgə elmi araşdırma aparılıb.

1976-cı ildə Azərbaycanın Kəlbəcər rayonunda "İstisu" mineral suyunun istehsalına başlanılıb.

1993-2020-ci illərdə, Ermənistanın işğalı dövründə zavodun fəaliyyəti dayandırılmışdı.

26 iyun 2022-ci il tarixində "İstisu" mineral su zavodunun təməli qoyulub.

2 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "İstisu" mineral su zavodunun açılışında iştirak ediblər. Zavodda suyun yenidən istehsalına başlanılıb.

"İstisu" zavodunun illik istehsal gücü 100 milyon butulkadan artıqdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM