Avropalı bukmeykerlər "Avroviziya - 2025"də Azərbaycanı təmsil edən "Mamagama" qrupunu favorit hesab etmir.
NTV müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, "Mamagama" qrupunun "Run with u" mahnısı ilə qalib gələcəyinə inananlar 1 faizdən də azdır.
Builki müsabiqədə əsas favorit ölkələr İsveç və Avstriyadır. Belə ki İsveçi təmsil edən KAJ qrupunun "Bara bada bastu" mahnısı 38 faiz, Avstriyanı təmsil edən Yohannes Pietsin "Wasted love" mahnısı isə 16 faiz göstərici ilə "Avroviziya - 2025"də iddialılardan hesab olunur.
Ümumilikdə, bukmeykerlərin ilk onluğunda İsveç və Avstriya ilə yanaşı, Fransa, Hollandiya, İsrail, Finlandiya, Belçika, Çexiya, Estoniya və Albaniya kimi ölkələr var.
