satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda yol qəzasında ana və oğlu xəsarət alıb

Naxçıvanda yol qəzasında ana və oğlu xəsarət alıb

Babək rayonunda baş verən qəzada ana və oğlu xəsarət alıb.

 

NTV  xəbər verir ki, hadisə rayonun Yarımca kəndi ərazisində baş verib.

"Renault" markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan Babək rayonu Yarımca kənd sakinləri - 1979-cu il təvəllüdlü Məmmədova Gülnarə Məmmədəli qızı və onun oğlu, 1999-cu il təvəllüdlü Məmmədov Yaşar Abbas oğlu xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM