satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda mikro və kiçik sahibkarlıq subyektləri ilə görüş keçirilib - FOTOLAR

Naxçıvanda mikro və kiçik sahibkarlıq subyektləri ilə görüş keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda mikro və kiçik sahibkarlıq subyektləri ilə görüş keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda mikro və kiçik sahibkarlıq subyektləri ilə görüş keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda mikro və kiçik sahibkarlıq subyektləri ilə görüş keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda mikro və kiçik sahibkarlıq subyektləri ilə görüş keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda mikro və kiçik sahibkarlıq subyektləri ilə görüş keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda mikro və kiçik sahibkarlıq subyektləri ilə görüş keçirilib<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Naxçıvan şəhərində qeydiyyatda olan mikro və kiçik sahibkarlıq subyektləri ilə görüş keçirib.

Dövlət Vergi Xidmətindən  bildirilib ki, görüşdə sahibkarları narahat edən məsələlər, o cümlədən kameral vergi yoxlamaları ilə bağlı suallar müzakirə olunub.

Tədbirdə iştirakçılara kameral vergi yoxlaması barədə məlumat verilib. Bildirilib ki, bu yoxlama vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkarlandıqda, vergi orqanı vergi ödəyicisindən bildirişdə göstərilən müddətdə əlavə məlumat, sənəd və izahat tələb edir. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir.

Sonra sahibkarlar bu sahədə rastlaşdıqları çətinliklər barədə suallar verib və təkliflər səsləndiriblər.

Vergi ödəyicilərinə vergi orqanı tərəfindən göndərilmiş bildiriş və məktublarla ətraflı şəkildə tanış olmaq və əlavə maliyyə itkilərinə məruz qalmamaları üçün onların qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavablandırılması tövsiyə olunub.

Qeyd edək ki, bu cür görüşlər Naxçıvan şəhəri ilə yanaşı muxtar respublikadakı digər ərazi vergi idarələrinin əhatə dairəsində olan vergi ödəyiciləri ilə də keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM