Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər və Təhsil Nazirliklərinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Ekoloji təhsil" layihəsi çərçivəsində növbəti tədbir Culfa rayon Yaycı kənd 1 nömrəli tam orta məktəbdə təşkil olunub. Tədbirdə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iqlim məsələləri üzrə aparıcı məsləhətçisi Samir Hüseynzadə “iqlim dəyişikliklərinin insan həyatına təsirləri” mövzusunda söhbət açaraq şagirdlərə iqlimə təsir göstərən əsas coğrafi amillər, iqlimin ətraf mühitə təsiri və insan həyatında rolu, ozon qatının dağılması kimi məlumatlar verib. Qeyd edib ki, iqlim dəyişikliyi insan sağlamlığına əsas təhdid təşkil etməklə yanaşı, eyni zamanda təbiətə mənfi təsir göstərir. Vurğulayıb ki, yaşıllıqların salınması, hibrid avtomobillərdən istifadə və alternativ enerji mənbələrinə keçid kimi tədbirlər iqlim dəyişliyi və onun təsirlərinə qarşı mübarizədə önəmli faktorlardandır.
Söhbət zamanı şagirdlərə, onların bu məsələyə ciddi yanaşması üçün tövsiyələr verilib.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, layihənin məqsədi məktəblilərdə ətraf mühitin mühafizəsinə dair bilik və
bacarıqların artırılması,məsuliyyətin formalaşdırılması və davamlı ekoloji fəaliyyətlərlə
ilə bağlı vərdişlərin aşılanmasıdır