satellite   Azerspace-1: 11135 H 30000

ECO-nun Baş katibi: 40 ildən sonra təşkilat ilk Qadınlar Forumu keçirir

ECO-nun Baş katibi: 40 ildən sonra təşkilat ilk Qadınlar Forumu keçirir

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) ilk Qadınlar Forumun gözəl Laçın şəhərində təşkilinə görə Azərbaycan hökumətinə və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə dərin minnətdarlığımı bildirirəm.

NTV xəbər verir ki, bu sözləri jurnalistlərə ECO-nun Baş katibi Əsəd Məcid Xan Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu çərçivəsində deyib.

O qeyd edib ki, düz 40 ildən sonra təşkilat ilk Qadınlar Forumu keçirir.

“Forumun keçirilməsi təklifinə və uzaqgörən siyasi baxışa görə Prezident İlham Əliyevə öz təşəkkürümü bildirirəm”, - deyə Baş katib qeyd edib.

“Qadınların təşkilatın işinə necə daha effektiv töhfə verə biləcəyini birlikdə nəzərdən keçirmək üçün ECO regionundan liderləri və nümayəndələri bir araya gətirə bildiyimiz üçün çox xoşbəxtik”, - deyə o əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM