satellite   Azerspace-1: 11135 H 30000

Yekaterinburqda səkkizinci azərbaycanlı həbs edilib

Yekaterinburqda səkkizinci azərbaycanlı həbs edilib

Yekaterinburqun Lenin Rayon Məhkəməsi istintaq təcridxanasına daha bir azərbaycanlını - Əziz Abasovu göndərib.

NTV xəbər verir ki, yerli media daha əvvəl Kamal Səfərov barəsində həbs qətimkan tədbiri seçildiyi barədə məlumat yayıb. K.Səfərov bildirib ki, o, ailəlidir və iki yetkinlik yaşına çatmış övladı var. Texnikumda qaynaqçı ixtisası üzrə təhsil alıb, fərdi sahibkardır. “Xəstəxanaya düşdüm. Bu gün məni istintaq komitəsinə çağırdılar, sonra məhkəməyə gətirdilər”, - deyə o, hakimin suallarını cavablandırıb.

Daha sonra Əziz Abasovun məhkəməsi keçirilib. O, 1968-ci ildə anadan olub, evlidir, övladı yoxdur. Fərdi sahibkardır. Bundan əvvəl məhkum olunmayıb. Hər iki təqsirləndirilən şəxs barəsində iyulun 19-dək həbs qətimkan tədbiri seçilib. Onlardan heç biri özünü təqsirli bilmir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM