satellite   Azerspace-1: 11135 H 30000

Mərakeşli jurnalistlər Xankəndi və Şuşada olublar - FOTOLAR

Mərakeşli jurnalistlər Xankəndi və Şuşada olublar<font color=red> - FOTOLAR</font> Mərakeşli jurnalistlər Xankəndi və Şuşada olublar<font color=red> - FOTOLAR</font> Mərakeşli jurnalistlər Xankəndi və Şuşada olublar<font color=red> - FOTOLAR</font> Mərakeşli jurnalistlər Xankəndi və Şuşada olublar<font color=red> - FOTOLAR</font> Mərakeşli jurnalistlər Xankəndi və Şuşada olublar<font color=red> - FOTOLAR</font> Mərakeşli jurnalistlər Xankəndi və Şuşada olublar<font color=red> - FOTOLAR</font> Mərakeşli jurnalistlər Xankəndi və Şuşada olublar<font color=red> - FOTOLAR</font> Mərakeşli jurnalistlər Xankəndi və Şuşada olublar<font color=red> - FOTOLAR</font> Mərakeşli jurnalistlər Xankəndi və Şuşada olublar<font color=red> - FOTOLAR</font> Mərakeşli jurnalistlər Xankəndi və Şuşada olublar<font color=red> - FOTOLAR</font> Mərakeşli jurnalistlər Xankəndi və Şuşada olublar<font color=red> - FOTOLAR</font> Mərakeşli jurnalistlər Xankəndi və Şuşada olublar<font color=red> - FOTOLAR</font> Mərakeşli jurnalistlər Xankəndi və Şuşada olublar<font color=red> - FOTOLAR</font> Mərakeşli jurnalistlər Xankəndi və Şuşada olublar<font color=red> - FOTOLAR</font>

Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə ölkəmizə səfərə gələn Mərakeşin nüfuzlu media orqanlarının rəhbərləri və təmsilçiləri Xankəndidə və Şuşada olublar.

Komitədən NTV-yə bildirilib ki, əcnəbi jurnalistlər səfər çərçivəsində əvvəlcə Xankəndinin Zəfər meydanını ziyarət ediblər. Onlara şəhərin tarixindən, mövcud vəziyyətindən, sosial və mədəni həyatından, eləcə də bölgədə gedən proseslərdən bəhs edilib. Xankəndinin strateji əhəmiyyəti, həyata keçirilən bərpa işləri və inkişaf perspektivləri diqqətə çatdırılıb.

Sonra nümayəndə heyəti Qarabağ Universitetində olub. Görüş zamanı qonaqlara universitetin elmi-tədqiqat istiqamətləri və beynəlxalq əməkdaşlıq imkanları barədə geniş məlumat verilib, bu istiqamətdə fikir mübadiləsi aparılıb.

Qonaqlar daha sonra Xankəndidən Şuşaya gəliblər, burada Cıdır düzü, güllələnmiş heykəllər, Şuşa qalası, Gəncə qapısı, İsa bulağı və Yuxarı Gövhərağa məscidini ziyarət ediblər. Onlara şəhərin tarixi və Şuşada Azərbaycan mədəni irsinə qarşı erməni vandalizmi haqqında danışılıb. Onlar işğal dövründə ermənilərin Şuşada mədəniyyət abidələrinə və məscidlərə qarşı törətdiyi vandalizm aktlarını qətiyyətlə pisləyiblər. Qonaqlar şəhərdə aparılan sürətli bərpa və yenidənqurma işlərini yüksək qiymətləndiriblər.

Qeyd edək ki, bu cür səfərlər Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM