satellite   Azerspace-1: 11135 H 30000

Klod Monenin rəsm əsəri Parisdə rekord qiymətə hərraca çıxarılıb

Klod Monenin rəsm əsəri Parisdə rekord qiymətə hərraca çıxarılıb

Fransız rəssam Klod Monenin “İrislər” əsəri oktyabrın 22-də Parisdə satışa çıxarılıb. Əsərin ilkin qiyməti komissiya xərcləri daxil olmaqla 22–30 milyon avro arasında qiymətləndirilir. Bu, Fransada hərraca çıxarılan bir sənət əsəri üçün indiyədək müəyyən edilmiş ən yüksək ilkin qiymətdir. Rəsm ilk dəfə ictimaiyyətə təqdim olunur.

NTV xəbər verir ki, bu rəssamın son illərində yaratdığı əsərdir. 1924–1925-ci illərdə, ömrünün son illərində çəkilmiş tablo Monenin Jiverni bağındakı süsən çiçəklərini təsvir edir. İncəsənət tarixçisi və impressionizm üzrə mütəxəssis, Marmottan-Mone Muzeyinin keçmiş direktoru Marian Matyenin sözlərinə görə, əsər rəng və boya qatlarının özünəməxsus işlənməsi ilə seçilir.

Rəsm orijinal kətan üzərində qalıb, zədələnməyib və üzərinə lak çəkilməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM