satellite   Azerspace-1: 11135 H 30000

Torpaq sürüşmələri Mərkəzi Asiya şəhərləri üçün potensial risk mənbəyinə çevrilib

Torpaq sürüşmələri Mərkəzi Asiya şəhərləri üçün potensial risk mənbəyinə çevrilib

Torpaq sürüşmələri ölüm sayına görə dördüncü ən böyük təbii fəlakətdir. İtkilərin miqyası həm təbii şəraitdən, həm də təhlükəli ərazilərin inkişafından asılıdır: qeyri-sabit yamaclarda inkişaf, torpaqların istifadə təyinatının dəyişməsi və zəif məkan planlaşdırması risk altında olan insanların və obyektlərin sayını artırır. İqlim dəyişmələri səbəbindən yağıntıları intensivləşməsi bu riski daha da artıra bilər.

NTV “Xovar” agentliyinə istinadla xəbər verir ki, beynəlxalq ekspertlər tərəfindən aparılan regional qiymətləndirmə Mərkəzi Asiyanın bir çox rayon və şəhərlərində yüksək riskli əraziləri müəyyən edir. Bütün region üçün potensial birbaşa itkilərin təxmin edilən ümumi məbləği 3,59 milyard dollardır. Sentyabrın 24-27-də Nepalda baş verən hadisələr sürüşmələrin infrastrukturu necə pozduğunu göstərir.

Beynəlxalq ekspert qiymətləndirmələrinə görə, ən çox sürüşməyə meylli ərazilər Qırğızıstandakı dağlıq və dağətəyi ərazilərdə, Tacikistanın Ayni rayonunda və Düşənbənin müəyyən ərazilərində, Özbəkistanın Daşkənd vilayətinin Axanqaran rayonunda, Daşkənd-Oş dəhlizinin bir hissəsi boyunca yerləşir. Qazaxıstanda torpaq sürüşmələri Almatı və Almatı vilayətinin müəyyən dağətəyi ərazilərində geniş yayılıb.

Mərkəzi Asiya üçün sürüşmə riski dağlıq ərazi, yüksək seysmik aktivlik və təhlükəli ərazilərdə tikinti işlərinin genişlənməsinin birləşməsi səbəbindən daha kəskindir. Güclü yağıntılar, qarın əriməsi və zəlzələlər yamacların sabitliyini poza, əhalini, binaları və nəqliyyat infrastrukturunu təhlükə altına qoya bilər.

Mütəxəssislər qeyd edirlər ki, Mərkəzi Asiya üçün dağ vadilərinin təbii fəlakətlərə uyğunlaşdırılmasına üstünlük verilməsi vacibdir. Təhlükəli ərazilərdə tikinti işləri məhdudlaşdırılmalı, sürüşmə, sel və daşqın riski xəritələri nəzərdən keçirilməli, monitorinq aparılmalı və ictimaiyyətə bildiriş verilməli, habelə təxliyə planları hazırlanmalıdır. Həmçinin infrastrukturun gücləndirilməsi, fövqəladə hallar zamanı ehtiyat marşrutların, su və elektrik təchizatının təmin edilməsi vacibdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM