Ermənistanın baş naziri Nikol Paşinyan 2027-2028-ci illərdə Azərbaycanla sülh müqaviləsinin imzalanmasını zəruri hesab edir.
NTV Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan bildirib.
"Mən demişdim ki, Azərbaycanla sülh sazişi 2031-ci ilə qədər imzalana bilər. Dəqiq desək, hesab edirəm ki, biz sazişi 2027-2028-ci illərdə imzalamalıyıq. Azərbaycanla işləməliyik", - Paşinyan bu gün jurnalistlərə deyib.
