Üçgünlük səfərdən sonra Fransaya qayıdan Prezident Emmanuel Makron Yelisey sarayında hüquq-mühafizə orqanları və kəşfiyyat xidmətlərinin iştirakı ilə müşavirə çağırıb.
NTV xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.
Müşavirədə Baş nazir Sebastyan Lekornyu və hökumətin digər üzvləri oktyabrın 24-nə elan edilmiş etirazlara hazırlıq barədə ətraflı hesabat təqdim edəcəklər.
Qeyd edək ki, ötən gün Paris polis prefekturası oktyabrın 22-də paytaxtın müəyyən ərazilərində, o cümlədən Yelisey sarayı, Matinyon, Milli Assambleya, Senat, eləcə də Luvr və Yelisey kimi turistik məkanlarda toplaşma və nümayişləri qadağan edən əmr verib.
Fərmana əsasən, bu gün saat 8:00-dan 20:00-dək qeyd olunan ərazilərdə qanunla müəyyən edilmiş şərtlərə uyğun olaraq elan edilməmiş yürüş, parad və toplantılarda iştirak edən şəxslərin olması və hərəkəti qadağan edilir. Oxşar qadağalar Parisin dəmiryol vağzallarına, İtaliya, Bastiliya, Respublika meydanlarına, Şatle, Le-Al, Site adası və univermaqlar ərazisinə də aiddir.
