satellite   Azerspace-1: 11135 H 30000

Çində “Çampi” qasırğası ilə əlaqədar hazırlıq işləri görülür

Çində “Çampi” qasırğası ilə əlaqədar hazırlıq işləri görülür

İlin 30-cu tayfunu olan "Çampi" ilə əlaqədar Çinin şərqindəki Şanxay şəhərində, Cıcian və Fucien əyalətlərində 4-cü səviyyəli fövqəladə vəziyyət rejimi elan edilib.

NTV xəbər verir ki, "Çampi" tayfununun oktyabrın 23-dən 26-dək sözügedən bölgələrdə güclü yağışlara səbəb olacağı gözlənilir. Tayfunun hazırda Sakit okean üzərində saatda 15-20 kilometr sürətlə şimal-qərb istiqamətində, Tayvan adasının şimal-şərq sahillərinə doğru hərəkət etdiyi bildirilir.

Çin Milli Meteorologiya Mərkəzinin proqnozuna əsasən, "Çampi" oktyabrın 23-də gecə saatlarında Şərqi Çin dənizinin cənub hissəsinə daxil olacaq, sonra şimala doğru istiqamət alacaq. Oktyabrın 24-də isə tayfunun Cıcian əyalətinin şərq sahilləri yaxınlığında şimal-şərqə doğru dönəcəyi gözlənilir. Bununla belə, tayfunun Tayvan adasının şimal-şərq sahillərindən yan keçmə ehtimalı da istisna edilmir.

Çinin Daşqınlara nəzarət və quraqlıqla mübarizə qərargahı, eləcə də Fövqəladə Hallar Nazirliyi hazırlıq işlərinə dəstək və təlimat məqsədi ilə bölgələrə işçi qrupları göndərib. Bütün müvafiq qurumlara qasırğa ilə əlqədar vəziyyəti yaxından izləmək, proqnozlardan və erkən xəbərdarlıqlardan istifadə edərək, fəaliyyətlərini istiqamətləndirmək, koordinasiyanı gücləndirməyə, qabaqlayıcı və cavab tədbirlərini müəyyən edilmiş planlara uyğun həyata keçirmək tövziyə olunub.

Balıqçı gəmilərinin limana qayıtmasını təmin etmək və dənizdə akvakultura işçilərinin təxliyəsi üçün bildiriş yayımlanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft bahalaşır

10:36 22.10.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM