satellite   Azerspace-1: 11135 H 30000

SEPAH körfəzdə 4 gəmiyə zərbə endirildiyini bildirib

SEPAH körfəzdə 4 gəmiyə zərbə endirildiyini bildirib

İranla ABŞ arasında qarşılıqlı təhdid və xəbərdarlıqların gücləndiyi bir şəraitdə Fars körfəzi və Hörmüz boğazında yeni dəniz insidentləri qeydə alınıb.

NTV  xarici mediaya istinadla xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bu gün yaydığı bəyanatda Fars körfəzinin şimalında dörd gəmiyə eyni vaxtda zərbə endirildiyini və nəticədə onlarda yanğın baş verdiyini bildirib.

SEPAH-ın iddiasına görə, həmin gəmilər qeyri-qanuni marşrutla hərəkət edib, daha sonra isə körfəzin şimal hissəsində neftin bir gəmidən digərinə yüklənməsi zamanı aşkarlanıb.

Bununla yanaşı, İran ordusu ötən gecə Hörmüz boğazında üç gəminin dəniz minalarına toxunduğunu açıqlayıb. İran tərəfi ABŞ-ni gəmilərin minalanmış su yolundan keçməsinə şərait yaratmaqda və bununla dəniz insidentlərinin sayını artırmaqda ittiham edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft bahalaşır

10:36 22.10.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM