satellite   Azerspace-1: 11135 H 30000

Tanınmış jurnalist Qahirə Hüseynova səlahiyyətli nümayəndəlikdə media məsələləri üzrə məsul şəxs təyin olunub

Tanınmış jurnalist Qahirə Hüseynova səlahiyyətli nümayəndəlikdə media məsələləri üzrə məsul şəxs təyin olunub

NTV xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyində media məsələləri üzrə məsul şəxs vəzifəsinə Qahirə Hüseynova təyin olunub.

Qeyd edək ki, Qahirə Hüseynova bundan əvvəl İctimai Televiziyanın Naxçıvan üzrə bölgə müxbiri kimi fəaliyyət göstərib. O, həmçinin Ümummilli Lider Heydər Əliyevin mətbuat katibi olub.

Qahirə Hüseynova Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti, siyasi elmlər üzrə fəlsəfə doktorudur.

Həmçinin ölkə başçısının Sərəncamı ilə Azərbaycanda milli mətbuatının inkişafında xidmətlərinə görə "Tərəqqi" medalına layiq görülüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM