satellite   Azerspace-1: 11135 H 30000

Fransada oktyabrın 24-də keçiriləcək etiraz aksiyaları üçün gücləndirilmiş təhlükəsizlik tədbirləri görüləcək

Fransada oktyabrın 24-də keçiriləcək etiraz aksiyaları üçün gücləndirilmiş təhlükəsizlik tədbirləri görüləcək

Fransa hökuməti oktyabrın 24-də həyat bahalılığına qarşı keçiriləcək növbəti ümummilli etiraz aksiyaları zamanı mümkün zorakılıq hallarının qarşısını almaq üçün genişmiqyaslı təhlükəsizlik tədbirləri görməyə hazırlaşır.

NTV xəbər verir ki, Baş nazir Sebastyən Lökornü Milli Assambleyada çıxışı zamanı şənbə günü keçiriləcək aksiyalar üçün polis qüvvələrinin kütləvi səfərbər ediləcəyini bildirib. O, oktyabrın 17-də keçirilən nümayişlər zamanı tətbiq olunan təhlükəsizlik tədbirlərinin həddindən artıq statik və kifayət qədər çevik olmadığını etiraf edib.

Daxili işlər naziri Loran Nünez bildirib ki, oktyabrın 24-ü üçün təhlükəsizlik strategiyası cəlb ediləcək qüvvələrin sayı, onların hərəkətliliyi və hadisələrə operativ müdaxilə imkanları baxımından yenidən nəzərdən keçiriləcək. Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə yanaşı, hökumət əvvəlki aksiyalar zamanı baş vermiş zorakılıqların təkrarlanmamasına çalışır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft bahalaşır

10:36 22.10.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM