satellite   Azerspace-1: 11135 H 30000

Türkmənistan Prezidentinin Azərbaycan dilinə tərcümə edilən kitabının təqdimatı olub - FOTOLAR

Türkmənistan Prezidentinin Azərbaycan dilinə tərcümə edilən kitabının təqdimatı olub<font color=red> - FOTOLAR</font> Türkmənistan Prezidentinin Azərbaycan dilinə tərcümə edilən kitabının təqdimatı olub<font color=red> - FOTOLAR</font> Türkmənistan Prezidentinin Azərbaycan dilinə tərcümə edilən kitabının təqdimatı olub<font color=red> - FOTOLAR</font>

Türkmənistan Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutunda Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun “Türkmənistanın bitərfliyi – sülhün və etimadın işıqlı yoludur” adlı kitabının Azərbaycan dilinə tərcümə edilmiş nəşrinin təqdimat mərasimi keçirilib.

Azərbaycanın Türkmənistandakı səfirliyindən NTV-yə verilən məlumata görə, tədbirdə çıxış edən səfir Qismət Gözəlov kitabın Azərbaycan dilində nəşrinin Türkmənistanın daimi tərəfsizlik siyasətinin mahiyyəti və beynəlxalq əhəmiyyətini Azərbaycan oxucularına çatdırılmasında əhəmiyyətli addım olduğunu vurğulayıb.

Azərbaycanın Türkmənistanın daimi tərəfsizlik siyasətinə hörmətlə yanaşdığını bildirən Qismət Gözəlov, ölkəmizin Türkmənistanın BMT çərçivəsində irəli sürdüyü sülh və əməkdaşlıq yönümlü təşəbbüsləri dəstəklədiyini qeyd edib. Bu xüsusda, Azərbaycanın Türkmənistanın BMT tərəfindən tanınan daimi tərəfsizlik siyasətinə böyük hörmətlə yanaşdığını və 1995-2026-cı illərdə qəbul edilən qətnamələrə həmmüəllif qismində qoşulduğu bildirilib. Eyni zamanda, Azərbaycanın 2026-cı ildə Türkmənistanın əsas müəllifliyi ilə irəli sürülən “Beynəlxalq sülhün, təhlükəsizliyin və dayanıqlı inkişafın qorunmasında və gücləndirilməsində tərəfsizlik siyasətinin rolu və əhəmiyyəti” adlı qətnaməyə həmmüəllif qismində qoşulmasının əhəmiyyəti vurğulanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft bahalaşır

10:36 22.10.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM