satellite   Azerspace-1: 11135 H 30000

Çindəki dünya çempionatında Azərbaycanı 7 gimnast təmsil edəcək

Çindəki dünya çempionatında Azərbaycanı 7 gimnast təmsil edəcək

Çinin Nankin şəhərində keçiriləcək batut və tamblinq üzrə dünya çempionatında iştirak edəcək Azərbaycan gimnastları bəlli olub.

Azərbaycan Gimnastika Federasiyasından  bildirilib ki, yarışda ölkəmizi 7 idmançı təmsil edəcək.

Batut yarışlarında Maqsud Mahsudov, Selcan Mahsudova, Hüseyn Abbasov qüvvələrini sınayacaqlar. Tamblinq üzrə mübarizədə isə Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Aleksey Karataşov bacarıqlarını nümayiş etdirəcəklər.

Qeyd edək ki, noyabrın 4-8-də təşkil olunacaq dünya çempionatında 34 ölkədən 360-dan çox idmançı medallar uğrunda güclərini yoxlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM