Paris ictimai nəqliyyat idarəsi (RATP) prefektura polisinin əmrlərindən sonra öz şəbəkəsindəki bir neçə metro stansiyasına girişi bağlayıb. Bu stansiyalar səhər saat 10:00-dan bəri xidmət göstərmir. Bağlanmalar günün əksər hissəsində davam edə bilər.
NTV xəbər verir ki, RATP-nin məlumatlarına görə, oktyabrın 22-si Parisdə ictimai nəqliyyat istifadəçiləri üçün çətin gün olacaq. Fransa paytaxtında metro xidmətlərinə məhdudiyyətlər qoyulacağı gözlənilir. Saat 10:00-dan etibarən təxminən on stansiya bağlanıb. Bu arada, prefektura polisi şəhərin müəyyən ərazilərində saat 08:00-dan 20:00-dək toplantıları və nümayişləri qadağan edib.
Polis paytaxtın müəyyən ərazilərində komendant saatını ardıcıl üçüncü gecə, çərşənbə axşamı saat 23:00-dan cümə axşamı saat 6:00-a qədər uzadır.
Fransa mediası yazır: “Bu qərar ötən həftəsonu sosial etirazlar fonunda baş verən zorakılıq və talan aktlarından sonra qəbul edilib. Bundan əlavə, prefektura polisi çərşənbə axşamı saat 20:00 ilə cümə axşamı saat 06:00 arasında hər hansı icazəsiz toplantıların keçirilməsini qadağan edən əmr verib. Qadağa Yelisey Sarayı, Milli Assambleya, Senat, Şanzelize küçəsi və vağzalların yaxınlığındakı ərazilərə daha çox şamil edilir”.
