satellite   Azerspace-1: 11135 H 30000

Messi İspaniya kralı və kraliçası ilə şam yeməyində iştirak edəcək

Messi İspaniya kralı və kraliçası ilə şam yeməyində iştirak edəcək

“İnter Mayami”nin futbolçusu Lionel Messi İspaniya kralı VI Felipe və kraliça Letisiya ilə rəsmi şam yeməyinə dəvət olunub.

NTV  “Marca” nəşrinə istinadla xəbər verir ki, argentinalı hücumçu oktaybrın 23-də İspaniyanın Ovyedo şəhərinə gedərək Asturiya Şahzadəsi mükafatının idman sahəsi üzrə təqdimat mərasimində iştirak edəcək. O, həmçinin məktəblilər, tələbələr və azarkeşlərlə görüşəcək.

Həmin gün axşam Messi kral ailəsi və mükafatın digər laureatları ilə rəsmi şam yeməyinə qatılacaq.

Mükafatın təqdimetmə mərasimi Ovyedodakı “Kampoamor” teatrında keçiriləcək. Bundan sonra ulduz futbolçu ABŞ-yə yola düşərək, MLS çərçivəsində “Nyu-York Red Bulls”la səfər oyunu üçün komandaya qoşulacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM