satellite   Azerspace-1: 11135 H 30000

Ordubadda yeni yaşayış məntəqələri və müasir mənzillərin tikintisi nəzərdə tutulur

Ordubadda yeni yaşayış məntəqələri və müasir mənzillərin tikintisi nəzərdə tutulur

Ordubad, Şahbuz, Culfa və Babək şəhərlərinin baş planları beynəlxalq təcrübəyə əsaslanaraq yenilənir. Bu istiqamətdə işləri İsveçrənin “SA Partners” şirkəti həyata keçirəcək. Məqsəd şəhərlərin gələcək inkişafını düzgün planlamaq, tarixi irsi qorumaq və müasir şəhərsalma standartlarına uyğun yeni nəfəs gətirməkdir.

Xüsusilə Ordubadın baş planı xüsusi diqqət mərkəzindədir. Şəhərin özünəməxsus memarlıq üslubu, qədim məhəllələri və tarixi ruhu layihənin əsas ilham mənbəyidir. Tarixi Sərşəhər kimi ərazilərin qorunması prioritet hesab olunur. Eyni zamanda bu məkanlarda müasir şəhərsalma prinsipləri tətbiq edilərək, sakinlərin rahatlığı üçün yeni həllər təklif ediləcək.

NTV xəbər verir ki, şirkətin nümayəndəsi Angela Wiest layihə ilə bağlı bir sıra vacib məqamları açıqlayıb. O bildirib ki, baş planda yeni yaşayış məntəqələrinin salınması və müasir standartlara cavab verən mənzillərin inşası nəzərdə tutulur. Bununla yanaşı, şəhərin tarixi hissələri ilə yanaşı müxtəlif funksiyalara malik yeni binalar, turizm infrastrukturu, inzibati və ictimai binaların tikintisi də planda əks olunacaq. Bütün bu addımlar Ordubad sakinlərinin həyat keyfiyyətini yüksəltməklə yanaşı, şəhərin funksionallığını da artıracaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM