satellite   Azerspace-1: 11135 H 30000

Sözün rəngləri ilə oynamaq gözəldir...

Sözün rəngləri ilə oynamaq gözəldir...

Naxçıvan televiziyasının əməkdaşı Təranə Arifqızının “Keçidlər” adlı növbəti kitabı nəşr edilib.

NTV xəbər verir ki, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, bundan əvvəl yeddi kitab və “Yüz ilimin sədası” antologiyasının müəllifi olmuş Təranə Arifqızının növbəti kitabı oxucuların ixtiyarına verilib.

Müəllifin “Keçidlər” kitabında hekayələr, esselər, köşə yazıları və müsahibələr yer alıb. Kitabda bir neçə fərqli janrda, xüsusilə də vətənpərvərlik mövzusunda mətnlərin toplanması müəllif kimi, Təranə Arifqızının çoxşaxəli yaradıcı potensialını ortaya qoyur. Müəllifin özünün də vurğuladığı kimi oxucularla görüşə nəsr və publisistika ilə gəlib.

“Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyində nəfis tərtibatla çap edilən kitabın redaktəsi Azərbaycan Respublikasının Əməkdar jurnalisti, yazıçı-publisist Hüseyn Əsgərova, ön sözü filologiya üzrə fəlsəfə doktoru, ədəbiyyatşünas Mətanət Vahidə məxsusdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM