Bu ilin ilk yarısında mütəşəkkil cinayətkarlıqla mübarizə tədbirləri çərçivəsində 305, o cümlədən ağır və xüsusilə ağır cinayətlər törətmiş 103 kriminal qrup zərərsizləşdirilib, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 82 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
NTV xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Daxili İşlər Nazirliyində 2025-ci ilin altı ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında bildirib.
“Qeyri-leqal dövriyyədən 2 ton 958 kiloqram narkotik vasitə çıxarılıb və 151 tondan artıq narkotik xassəli bitki aşkarlanaraq məhv edilib”, - deyə nazir vurğulayıb.
