satellite   Azerspace-1: 11135 H 30000

Havada normadan artıq toz müşahidə olunur

Havada normadan artıq toz müşahidə olunur

Avtomatik stansiyalardan əldə olunan məlumata görə, Bakıda və Abşeron yarımadasında, eyni zamanda, cənub və Aran bölgəsi rayonlarında tozlu hava şəraiti müşahidə olunur. Hazırda havada tozun miqdarı normadan 1.1-1.4 dəfə artıqdır.

NTV xəbər verir ki, bunu Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib.

O qeyd edib ki, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, şərq, cənub-şərq küləkləri vasitəsilə ölkə ərazisinə daxil olub.

“Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq üç gün ərzində davam edəcəyi gözlənilir”, - deyə R.Allahverdiyeva qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Rusiya atəşkəs elan edib

22:31 04.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM