satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın dövlət qurumlarına kiberhücumların sayı iyulda 45 % azalıb

Azərbaycanın dövlət qurumlarına kiberhücumların sayı iyulda 45 % azalıb

Bu ilin yanvar-iyul aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına 573 kiberhücum indikatoru (IOC) müəyyən edib.

NTV-nin xəbərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 % azdır.

Kibertəhdidlərin 206-sı daxili araşdırma, 367-si isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

Təkcə iyulda isə 69 kiberhücum müəyyən olunub ki, bu da 1 il əvvələ nisbətən 45 % azdır.

Xatırladaq ki, 2024-cü ildə dövlət qurumlarına 1 070 kiberhücum qeydə alınıb ki, bunun da 550-si daxili araşdırma, 520-si isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Rusiya atəşkəs elan edib

22:31 04.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM