satellite   Azerspace-1: 11135 H 30000

DİN: Ölkə ərazisində narkotik vasitələrin dövriyyəsini təşkil edən əsas şəxslərdən biri saxlanılıb

DİN: Ölkə ərazisində narkotik vasitələrin dövriyyəsini təşkil edən əsas şəxslərdən biri saxlanılıb

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Cəlilabad rayonunda keçirilən əməliyyat zamanı qaçaqmalçlıq yolu ilə ölkəyə gətirilən 30 kiloqram narkotiki dövriyyədən çıxarıb.

Bu barədə  NTV-yə  DİN-dən məlumat verilib.

Bildirilib ki, əməliyyat zamanı 50 yaşlı Cəlilabad rayon sakini Elşən Şəmmədov tutulub. Ondan 30 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

Elşən Şəmmədov cinayət məsuliyyətindən yayınmaq üçün müxtəlif vasitələrdən istifadə etməsinə baxmayaraq, onun ayrı-ayrı vaxtlarda İran vətəndaşları ilə olan əlbirliyi və ölkə ərazisində narkotik vasitələrin dövriyyəsini təşkil edən əsas şəxslərdən biri olduğu müəyyənləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM