satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda 45 sürücü üçün təlimlər təşkil edilib - FOTOLAR

Naxçıvanda 45 sürücü üçün təlimlər təşkil edilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda 45 sürücü üçün təlimlər təşkil edilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda 45 sürücü üçün təlimlər təşkil edilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda 45 sürücü üçün təlimlər təşkil edilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda 45 sürücü üçün təlimlər təşkil edilib<font color=red> - FOTOLAR</font>

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Naxçıvanda “Beynəlxalq yük daşımalarında iştirak edən sürücülər üçün iş və istirahət rejimi” mövzusunda xüsusi təlimlər təşkil edilib.

AYNA-dan NTV-yə bildirilib ki, təlimlər Nazirlər Kabinetinin 147 nömrəli Qərarı ilə təsdiq edilən “Taxoqrafdan istifadə, ona xidmət və rəqəmsal taxoqraf kartından istifadə üzrə” proqram əsasında həyata keçirilir.

Təlimlərə 45 sürücü cəlb olunub. Tədris prosesi sürücülərin beynəlxalq yük daşımalarında təhlükəsiz və qanunvericiliyə uyğun fəaliyyətini təmin etmək məqsədilə nəzəri və praktik hissələri əhatə edir. Proqram çərçivəsində sürücülərə taxoqrafların tətbiqi və istifadəsi ilə bağlı ümumi tələblər, taxoqrafların təyinatı, növləri və texniki xüsusiyyətləri, sürücülərin iş və istirahət rejimi, sürücü kartı və ondan istifadə qaydaları tədris edilir.

Təlimlərdə uğur qazanan iştirakçılara müvafiq sertifikatlar təqdim olunacaq. Sertifikat sahibləri beynəlxalq səviyyədə tanınan taxoqraf kartlarını əldə edə biləcəklər.

Təlimlər yükdaşıma fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması, eləcə də sürücülərin peşəkar bilik və bacarıqlarının artırılması baxımından böyük əhəmiyyət kəsb edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
SÜLHƏ APARAN YOL - VİDEO

19:50 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM