satellite   Azerspace-1: 11135 H 30000

Şahin Bağırov Naxçıvan şəhərində vətəndaşları qəbul edib

Şahin Bağırov Naxçıvan şəhərində vətəndaşları qəbul edib

Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov Naxçıvan Baş Gömrük İdarəsinin inzibati binasında vətəndaşları qəbul edib.

NTV DGK-ya istinadən xəbər verir ki, komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarının sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM