satellite   Azerspace-1: 11135 H 30000

Böyük Qayıdış: Ağdərənin Kolatağ kəndinə ilk köç karvanı yola düşüb - FOTOLAR

Böyük Qayıdış: Ağdərənin Kolatağ kəndinə ilk köç karvanı yola düşüb<font color=red> - FOTOLAR</font> Böyük Qayıdış: Ağdərənin Kolatağ kəndinə ilk köç karvanı yola düşüb<font color=red> - FOTOLAR</font> Böyük Qayıdış: Ağdərənin Kolatağ kəndinə ilk köç karvanı yola düşüb<font color=red> - FOTOLAR</font> Böyük Qayıdış: Ağdərənin Kolatağ kəndinə ilk köç karvanı yola düşüb<font color=red> - FOTOLAR</font> Böyük Qayıdış: Ağdərənin Kolatağ kəndinə ilk köç karvanı yola düşüb<font color=red> - FOTOLAR</font>

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Ağdərə rayonunun Kolatağ kəndi də sakinlərini qəbul etməyə hazırdır.

NTV xəbər verir ki, avqustun 15-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı Ağdamdan Ağdərənin Kolatağ kəndinə yola salınıb. İlk mərhələdə kəndə 26 ailə - 89 nəfər köçürülür.

Keçmiş məcburi köçkünlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə 50 mindən çox insan yaşayır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:15 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM