satellite   Azerspace-1: 11135 H 30000

I Qarabağ müharibəsinin daha üç itkin-şəhidi dəfn olunacaq

I Qarabağ müharibəsinin daha üç itkin-şəhidi dəfn olunacaq

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha üç şəhid dəfn olunacaq.

NTV xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

İtkin-şəhidlərin hər üçü hərbçidir. Onlar Hacıyev Rizvan Qara oğlu, Əliyev Sumbat Nüdrət oğlu və Kərimov Natiq Zeynal oğludur.  

R.Hacıyevin nəşinin qalıqları sabah saat 13.00-da Kürdəmir rayonu Qocalı kənd qəbiristanlığında, S.Əliyev saat 14.00-da Füzuli rayonu Aşağı Kürdmahmudlu kənd qəbiristanlığında, N.Kərimovun qalıqları isə saat 16.00-da Qax rayonu Oncallı kənd qəbiristanlığında dəfn olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM