satellite   Azerspace-1: 11135 H 30000

Vəkillər Kollegiyası: Son 10 ayda 46 min 174 ədəd elektron müqavilə bağlanılıb

Vəkillər Kollegiyası: Son 10 ayda 46 min 174 ədəd elektron müqavilə bağlanılıb

Son 10 ay ərzində “Elektron vəkil orderi” vasitəsi ilə 46 min 174 ədəd elektron müqavilə bağlanılıb.

Bu barədə NTV-nin  sorğusuna cavab olaraq Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) mətbuat katibi İsmayıl Nəsibov məlumat verib.

Bildirilib ki, hazırda Kollegiyanın 2 min 781 nəfər üzvü var. Onlardan 2 min 178 nəfəri kişi, 603 nəfəri isə qadındır.

Qeyd edək ki, Vəkillər Kollegiyasının əsas vəzifəsi hər bir şəxsin hüquq və azadlıqlarının, qanunla qorunan mənafelərinin müdafiə edilməsindən, onlara peşəkar, yüksək keyfiyyətli, vicdanlı hüquqi yardım göstərilməsini təmin etməkdən, vəkillik peşəsinin nüfuzunu yüksəltməkdən ibarətdir. VK-nın təşkili və fəaliyyəti “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu və ona müvafiq olaraq qəbul edilmiş Vəkillər Kollegiyasının Nizamnaməsi ilə müəyyən edilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM