satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Regional Bank Forumu keçirilir - FOTOLAR

Naxçıvan Regional Bank Forumu keçirilir <font color=red> - FOTOLAR</font> Naxçıvan Regional Bank Forumu keçirilir <font color=red> - FOTOLAR</font> Naxçıvan Regional Bank Forumu keçirilir <font color=red> - FOTOLAR</font>

Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin, Azərbaycan Respublikası Mərkəzi Bankının, Azərbaycan Banklar Assosiasiyasının və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili”nə və Zəfərin 5 illik yubileyinə həsr olunmuş Naxçıvan Regional Bank Forumu keçirilir.

NTV xəbər verir ki, forum iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər. Sonra Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətindən bəhs edən eksponatlarla tanışlıq olub.

Forum çərçivəsində rəsmi çıxışlar olacaq, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulmuş tapşırıqların icrasının müzakirəsinə həsr olunmuş dəyirmi masa keçiriləcək. Dəyirmi masada muxtar respublikada mövcud iqtisadi reallıqlar, gələcək gözləntilər, regionda iqtisadi canlanmanın təşviqində bankların rolu, həmçinin bank sektoruna dair infroqrafik məlumatların təqdimatı nəzərdə tutulur. Eyni zamanda universitet tələbə və müəllimləri üçün bank nümayəndələrinin iştirakı ilə panel müzakirə keçiriləcək. Müzakirələrdə rəqəmsal bankçılıq, müasir bank xidmətləri və bank sektorunda karyera perspektivləri mövzularında təqdimatlar olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM