satellite   Azerspace-1: 11135 H 30000

Kamran Əliyev: Bu ilin 10 ayı ərzində korrupsiya ilə bağlı 15 milyon manata yaxın əmlakın üzərinə həbs qoyulub

Kamran Əliyev: Bu ilin 10 ayı ərzində korrupsiya ilə bağlı 15 milyon manata yaxın əmlakın üzərinə həbs qoyulub

Bu il 10 ay ərzində korrupsiya işləri ilə bağlı 15 milyon manata yaxın əmlakın üzərinə həbs qoyulub.

NTV  xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev rəsmi qəzetə müsahibəsində deyib.

O bildirib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən də ötən 10 ay ərzində yüksək göstəricilərə nail olunmaqla rüşvətlə bağlı, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, vəzifədən sui-istifadə və s. faktlar üzrə 120 vəzifəli şəxs barəsində 75 cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib:

"Həmin işlər üzrə vurulmuş maddi ziyandan ibtidai araşdırma mərhələsində 3 milyon 532 min manatın ödətdirilməsi təmin edilmiş, həmçinin 14 milyon 916 min manat dəyərində qiymətləndirilən əmlak üzərinə həbs qoyulmaqla, ümumilikdə vurulmuş maddi ziyanın 76 faizinin ödətdirilməsi təmin edilib.

Bundan başqa, icraatına xitam verilmiş işlər üzrə 4 milyon 343 min manat məbləğində maddi ziyan ödənilməklə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 2 milyon 198 min manat məbləğində pul vəsaiti ödənilib".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM