satellite   Azerspace-1: 11135 H 30000

Ölkəmizə gətirilmiş daha bir qrup ukraynalı uşağın reabilitasiya prosesi başa çatıb - FOTOLAR

Ölkəmizə gətirilmiş daha bir qrup ukraynalı uşağın reabilitasiya prosesi başa çatıb<font color=red> - FOTOLAR</font> Ölkəmizə gətirilmiş daha bir qrup ukraynalı uşağın reabilitasiya prosesi başa çatıb<font color=red> - FOTOLAR</font> Ölkəmizə gətirilmiş daha bir qrup ukraynalı uşağın reabilitasiya prosesi başa çatıb<font color=red> - FOTOLAR</font> Ölkəmizə gətirilmiş daha bir qrup ukraynalı uşağın reabilitasiya prosesi başa çatıb<font color=red> - FOTOLAR</font> Ölkəmizə gətirilmiş daha bir qrup ukraynalı uşağın reabilitasiya prosesi başa çatıb<font color=red> - FOTOLAR</font> Ölkəmizə gətirilmiş daha bir qrup ukraynalı uşağın reabilitasiya prosesi başa çatıb<font color=red> - FOTOLAR</font> Ölkəmizə gətirilmiş daha bir qrup ukraynalı uşağın reabilitasiya prosesi başa çatıb<font color=red> - FOTOLAR</font> Ölkəmizə gətirilmiş daha bir qrup ukraynalı uşağın reabilitasiya prosesi başa çatıb<font color=red> - FOTOLAR</font> Ölkəmizə gətirilmiş daha bir qrup ukraynalı uşağın reabilitasiya prosesi başa çatıb<font color=red> - FOTOLAR</font>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilən 30 ukraynalı uşağın reabilitasiya prosesi başa çatıb. Uşaqlar ölkələrinə yola salınıblar.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən NTV-yə verilən məlumata görə, 10 günlük sosial reabilitasiya proqramı çərçivəsində onlar Bakı, Qəbələ və Şəkidə təşkil olunan düşərgələrdə peşəkar psixoloq tərəfindən fərdi konsultasiyalara cəlb olunublar. Bununla yanaşı, uşaqlar müxtəlif fəaliyyətlərdə, qrup terapiyaları, meditasiya, yoqa məşğələləri və master-klaslarda iştirak ediblər.

Proqram müddətində uşaqların paytaxt və bölgələrdəki görməli və tarixi yerlərə (İçərişəhər, Qız qalası, Şirvanşahlar saray kompleksi, Dənizkənarı bulvar, Atəşgah məbədi, Azərbaycan Milli Xalça Muzeyi, Qobustan Milli Tarix-Bədii Qoruğu, Palçıq Vulkanları Turizm Kompleksi, Bakıdakı Ukrayna Mərkəzi və s.) ekskursiyaları təşkil edilib.

Reabilitasiya proqramı uşaqların emosional vəziyyətlərinin stabilləşdirilməsi, eləcə də cəmiyyətə inteqrasiyalarının dəstəklənməsi məqsədi daşıyıb.

Qeyd edək ki, ötən dövrdə ümumilikdə 260-dan çox ukraynalı uşaq ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM