satellite   Azerspace-1: 11135 H 30000

Culfada 8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib - FOTOLAR

Culfada 8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib<font color=red> - FOTOLAR</font> Culfada 8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib<font color=red> - FOTOLAR</font> Culfada 8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib<font color=red> - FOTOLAR</font> Culfada 8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib<font color=red> - FOTOLAR</font> Culfada 8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib<font color=red> - FOTOLAR</font> Culfada 8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib<font color=red> - FOTOLAR</font> Culfada 8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib<font color=red> - FOTOLAR</font> Culfada 8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib<font color=red> - FOTOLAR</font> Culfada 8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib<font color=red> - FOTOLAR</font> Culfada 8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib<font color=red> - FOTOLAR</font> Culfada 8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib<font color=red> - FOTOLAR</font> Culfada 8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib<font color=red> - FOTOLAR</font> Culfada 8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib<font color=red> - FOTOLAR</font> Culfada 8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib<font color=red> - FOTOLAR</font> Culfada 8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib<font color=red> - FOTOLAR</font>

NTV xəbər verir ki, "Konstitusiya və Suverenlik İli" çərçivəsində Culfa Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Culfa Rayon Mədəniyyət Sarayında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş bayram konserti keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova qeyd edib ki, Bu gün biz Azərbaycan tarixinin ən şanlı, ən qürurverici səhifələrindən birinin 8 Noyabr Zəfər Gününün 5 illiyini böyük qürur hissi ilə qeyd edirik. Bu möhtəşəm gün xalqımızın birliyinin, dövlətimizin gücünün, ordumuzun qəhrəmanlığının təntənəsidir. Sara xanım vurğulayıb ki, Zəfər Gününün 5 illiyi bizə bir daha xatırladır ki, xalq–dövlət–ordu birliyi möhkəm olduqda heç bir qüvvə bizi sınağa çəkə bilməz. Biz bu birliyi daim qoruyacaq, şəhidlərimizin müqəddəs adını yaşadacaq, onların əmanət etdiyi Vətəni daha da inkişaf etdirəcəyik.
Daha sonra çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Məcid Seyidov bildirib ki, Şanlı Ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın davam edən işğala son qoydu, tarixi ədaləti bərpa etdi. Bu Zəfər, şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı, xalqımızın səbir və iradəsi hesabına qazanılmışdır.  Buna görə də Zəfər Günü təkcə hərbi qələbə deyil, həm də xalqımızın milli birliyinin, mübarizə əzminin, dövlətə və ordumuza olan sonsuz inamının təntənəsidir.

Şəhid Yaqub Nəcəfovun atası Məhəmməd Nəcəfov bayram tədbirində çıxış edərək Azərbaycan Ordusunun qəhrəmanlığından, əsgərlərimizin döyüş meydanında göstərdiyi igidlikdən danışıb, şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısına görə minnətdarlığını bildirib. 

Vətən müharibəsi qazisi Ceyhun Bayramov çıxışında Azərbaycan əsgərinin döyüşlərdə göstərdiyi rəşadətdən, düşmən qarşısında qətiyyətlə irəliləyərək torpaqlarımızı azad etməsindən danışıb. O, qeyd edib ki, igid əsgərlərimizin göstərdiyi fədakarlıq, xalqımızın birlik və həmrəyliyi nəticəsində Zəfər qazanıldı və bu tarixi qələbə nəsillər boyu qürurla xatırlanacaq.

Çıxışlardan sonra Vətən müharibəsinin 5 illiyi münasibətilə şəhidlərimizin xatirəsinə Culfa Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış portretlər ailə üzvlərinə təqdim edilib. Eyni zamanda, Gənclər və İdman Nazirliyinin Fəxri Fərmanları Vətən müharibəsində şücaət göstərmiş qazilərə təqdim olunub.

Tədbirin bədii hissəsində Zəfərimizi tərənnüm edən vətənpərvərlik ruhunda mahnılar səsləndirilib, milli rəqslər nümayiş etdirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM