satellite   Azerspace-1: 11135 H 30000

Paytaxt ərazisində oğurluq və soyğunçuluq edən iki şəxs saxlanılıb

Paytaxt ərazisində oğurluq və soyğunçuluq edən iki şəxs saxlanılıb

Paytaxtın Nərimanov rayonu ərazisində yerləşən restoranların birində bir nəfərin çantasından 500 manat pul oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NTV-yə bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 21 yaşlı S.Şahverdiyeva müəyyən olunaraq saxlanılıb.

Nizami rayonu ərazisində qeydə alınan soyğunçuluq hadisəsi zamanı isə bir nəfərin 450 manatını və mobil telefonunu talamaqda şübhəli bilinən 34 yaşlı A.Ağayev də polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM