satellite   Azerspace-1: 11135 H 30000

DİN: Beynəlxalq yarış çərçivəsində yollarda təhlükəsizliyə fasiləsiz nəzarət olunur

DİN: Beynəlxalq yarış çərçivəsində yollarda təhlükəsizliyə fasiləsiz nəzarət olunur

Gəncədə keçirilən ilk Aerobika gimnastikası üzrə Avropa çemoionatı ilə əlaqədar olaraq, Daxili İşlər Nazirliyinin (DİN) müvafiq qurumları, o cümlədən DYP hazırda gücləndirilmiş iş rejimində xidmət aparır.

DİN-in mətbuat xidmətindən NTV-yə verilən məlumata görə, təhlükəsizlik tədbirləri çərçivəsində yarışların keçirildiyi ərazi üzrə nəqliyyatın fasiləsiz hərəkətinin təşkili, yarış zonalarına giriş-çıxışların tənzimlənməsi və şəhər nəqliyyatında mümkün sıxlıqların qarşısının alınması istiqamətində zəruri tədbirlər görülür.

“Bütün yol hərəkəti iştirakçılarını ölkəmizin tanıdılmasına xidmət edən mötəbər idman tədbirinin təhlükəsiz şəraitdə keçirilməsinə töhfə verməyə çağırırıq”, - deyə məlumatda vurğulanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM