satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Dövlət Universitetində İnnovasiya Mərkəzinə baxış keçirilib - FOTOLAR

Naxçıvan Dövlət Universitetində İnnovasiya Mərkəzinə baxış keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Dövlət Universitetində İnnovasiya Mərkəzinə baxış keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Dövlət Universitetində İnnovasiya Mərkəzinə baxış keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Dövlət Universitetində İnnovasiya Mərkəzinə baxış keçirilib<font color=red> - FOTOLAR</font>

NTV xəbər verir ki, dekabrın 18-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Naxçıvan Dövlət Universitetində İnnovasiya Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Məlumat verilib ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə yaradılan mərkəzdə 5 laboratoriya, 2 kompüter sinfi, 2 kovörkinq otağı, akt zalı və server otağı yaradılıb.  Bu imkanlardan yararlanmaqla müasir texnoloji həllərin hazırlanır və sınaqdan keçirilir. Bu məqsədlə müasir Aparat və Proqram Təminatı Laboratoriyası, ideyaların prototiplərə və praktik layihələrə çevrilməsi istiqamətində Texnologiya və Mühəndislik Laboratoriyası fəaliyyət göstərir. İnnovatorlar, tələbələr və elmi yeniliklərlə maraqlanan hər kəs üçün mərkəzin imkanlarından istifadə edə bilər.

Səlahiyyətli nümayəndə Ceyhun Cəlilov və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev mərkəzdə keçirilən praktiki dərslərlə maraqlanıb, tələbələrin fikirlərini dinləyiblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM